Ombudsman Ankarada Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədarkeçirilmiş anım tədbirində iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Böyük MillətMəclisinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin və Azərbaycanın Türkiyədəki Səfirliyinintəşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil edilmiş anım tədbirində iştirak edib.
Ombudsman tədbirdə çıxışı zamanıErmənistanın azərbaycanlılara qarşı uzunmüddətli işğal, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız insanın kütləvi şəkildə qətlə yetirildiyini, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qaldıqlarını qeyd edib. Müvəkkil beynəlxalq hüququn norma və prinsiplərini heçə sayan Ermənistan tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsi barədə ətraflı məlumat verib.
Səbinə Əliyeva 33 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindənXocalı soyqırımınahələ də tam siyasi və hüquqi qiymət verilmədiyini qeyd edib, bu faciəyə tam ədalətli qiymət verilməsinin və cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulayıb.
Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın, o cümlədən Xocalı soyqırımı zamanı 150 soydaşımızın itkin düşdüyünü bildirən Ombudsman dəfələrlə Ermənistana müraciət edilməsinə baxmayaraq, həmin şəxslərin taleyi ilə bağlı hələ də dəqiq məlumatın əldə olunmadığınıbildirib. O, işğaldan azad edilmiş torpaqlarımızda aparılan tikinti-bərpa və axtarış-qazıntıişləri zamanı kütləvi məzarlıqların aşkar edildiyini, indiyədək 170-ə yaxın insanın şəxsiyyətinin müəyyən olunduğunu qeyd edib.
Müvəkkil, həmçinin soydaşlarımızın ötən əsrin müxtəlif dövrlərində indiki Ermənistan ərazilərindən qaçqın düşdüyünü, onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, yaşayış məntəqələrinin, tarixi və dini abidələrin məhv edildiyini diqqətə çatdırıb. Ombudsman etnik azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının, onların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.