Yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏNİN SƏBƏBİ MƏLUM OLUB-DƏHŞƏT...
Bildirilir ki, Bərdə rayonunun Həsənqaya kəndində yas mərasimində kütləvi zəhərlənmə baş verib.
Hadisə nəticəsində 12 nəfərə yaxın şəxs ürəkbulanma və halsızlıq şikayətləri ilə Bərdə Mərkəzi Xəstəxanasına müraciət edib.
İlkin ehtimala görə, zəhərlənməyə səbəb dəm qazı olub. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib, onlardan biri xəstəxanada saxlanılıb, digərləri isə evə buraxılıb. Qeyd olunur ki, yasdabistifadə olunan konservləşdirilmiş pomidor turşusu ehtimalı variantı nəzərdən keçirilir.
Hadisənin səbəbləri araşdırılır.