azia.az
azia.az

Bu duzu süfrələrinizə QOYMAYIN – Təcili satışdan ÇIXARILDI

Dünən, 09:30

Saxta “Himalay duzu”nun satışı ilə bağlı daxil olan müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb. 

Medianews.az xəbər verir ki, bu haqda AQTA məlumat yayıb.

Belə ki, fiziki şəxs Mənsimov Məmməd Adil oğlunun İrandan idxal etdiyi “Behnam Kar Azar Bilasavar Co” şirkətinin istehsalı olan “Morvarid” əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində “İlğım” əmtəə nişanı ilə “Himalay duzu” adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

Araşdırmalar davam etdirilir.

Bu duzu süfrələrinizə QOYMAYIN - <span style=color:red>Təcili satışdan ÇIXARILDI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi