azia.az
azia.az

“HƏMAS” Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməyə razıdır

17-02-2025, 09:20

“HƏMAS” Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, “HƏMAS” Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.

Eyni zamanda “HƏMAS” müəyyən tələblər irəli sürüb. Belə ki, onların dövlət qulluğunda işləyən hər hansı bir üzvü yeni administrasiyada olmalı və pensiya təminatı ilə təmin edilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi