DİN asayişin təminatçısı, təhlükəsizliyin qarantıdır
Azərbaycanda asayişin qorunması və təhlükəsizliyin təmin olunması kimi ən vcib tələblər hüquq-mühafizə orqanlarının üzərinə düşür. Bu sırada Azərbaycan polisinin xüsusi yeri var. Azərbaycan dövlətinin ən böyük gücü Azərbaycan xalqıdır. Dövlətin əsas vəzifəsi öz xalqının hüquq və azadlıqlarını təmin edib, asayişinin təminatçısı olmaqdır. Bu mənada DİN-nin üzərinə böyük vəzifələr düşür. Bu gün DİN əməkdaşları Dövlətin siyasətinin təminatçısı, xalqın hüquq və azad yaşamalarının qarantıdır. Birmənalı olaraq bunu hər kəs bilir ki, polis deyəndə ilk növbədə Vətən uğunda döyüşlərdə canını fəda edən, ən çətin tapşırıqlara gedən, silahlı quldurların qarşısına çıxıb onları zərərsizləşdirən, əhalinin təhlükəsizliyini qoruyan uca boylu igidlər yada düşür. Həmçinin yolu keçməkdə çətinlik çəkən piyadaların qolundan tutub ona yol göstərən, sərt dalğaların qoynuna atılaraq suda boğulanları ölümdən qurtaran, küçədə halı pisləşmiş vətəndaşları dərhal xəstəxanalara çatdıran oğulların obrazları göz önündə canlanır. Bəli, bu bir danılmaz həqiqətdir.
DYP rahat gediş-gəlişin təminatçısıdır
Bu sırada DYP əməkdaşlarını xüsusi qeyd etmək yerinə düşər. Dyp əməkdaşlarının xidmətləri isə həm çətin, həm də məsuliyyətlidir. Yol hərəkətinin qüsursuz təşkili, qaydalara nəzarət və rahat gediş-gəlişin təmin olunması kimi mühüm vəzifələr DYP əməkdaşlarının üzərinə böyük məsuliyyət qoyur. Çox əminliklə qeyd eləmək olar ki, bu gün nəinki Bakı şəhərində, bütövlükdə regionlarda da qarşıya qoyulan bütün vəzifələr DYP əməkdaşları tərəfindən uğurla davam etdirilir. Verilən tapşırıqların icrası bütövlükdə vətəndaş məmnunluğuna söykənir. Bu gün hər bir Azərbaycan vətəndaşı “Polisim məni qoruyur” sözlərini qürurla ifadə edir.
Belə bir deyim var ki, vicdanı olan insan, dövlətə, Vətənə bağlı olar və eyni zamanda öz polisinə inanar, etibar edər. Bu gün hər kəs inanır və etibar edir. Çünki, vicdanı təmiz olanlar, qanunlar əsasında yaşayarlar.
İnsan haqlarının qorunmasına, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə xidmət edən məhz polislərimizdir.
Bu bir həqiqətdir ki, günün 24 saatını təhlükəsizlik şəraitində yaşamaq istəyən vətəndaşlarımız ilk öncə polislərə minnətdardır. Əlbətdə ki, polis-vətəndaş münasibətləri yüksək olduqda, asayişə nəzarət də mükəmməl olur. Heç şübhəsiz ki, polis orqnlarında xidmət edən cəsur, mərd, igid polislərimizin təhlükəsizliyimizə tam qarant durduğu hər bir vətəndaşa bəllidir.
Azərbaycanda Daxili işlər orqanı qüdrətli, savadlı, sədaqətli və cəsur oğullardan ibarət bir heyətdir. Sabitliyin təminatçısı, asayişin qarantıdır.
YAŞASIN AZƏRBAYCAN POLİSİ…
Ramin Cəfərov, jurnalist
Azia.az