azia.az
azia.az

Yüksək vəzifəyə təyin olunan Rüfət Mahmud indiyədək harda çalışıb?

13-02-2025, 16:27

Xəbər verdiyimiz kimi, Rüfət Nahid oğlu Mahmud "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Rüfət Mahmud bundan əvvəl bir sıra vəzifələrdə çalışıb.

Belə ki, o, SOCAR şirkətinin törəmə müəssisə - "SOCAR RUS" MMC-nin rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri və başqa bir sıra vəzifələri tutub.

Qeyd edək ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin keçmiş sədri Şahin Seyidzadə deputat seçildiyi üçün vəzifəsindən azad edilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi