azia.az
azia.az

Məktəb direktoru həbs edildi - FOTO

Bu gün, 11:28

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

Azia.az bloqu Qafqazinfo-ya istinadən xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi