azia.az
azia.az

Qaynadıb qaşıq-qaşıq yeyin-.ŞƏKƏRİ ən qısa zamanda...

Bu gün, 09:24

Qan şəkəri bədənin enerji ehtiyacını ödəmək üçün vacib bir amildir və onun balansda saxlanması sağlamlıq üçün önəmlidir.

 

Bildirliir ki, yulaf, yüksək lif tərkibi ilə qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır və insulinə həssaslığı artırmağa kömək edir.

 

Paxlalılar, xüsusilə lobya, mərcimək və noxud, aşağı glisemik indeksə malik olub, qan şəkərinin stabil qalmasına kömək edir.

 

Avokado, sağlam yağlar və liflə zəngin olduğu üçün qan şəkərinin ani dalğalanmalarının qarşısını alır və uzunmüddətli toxluq hissi yaradır. Qoz, badam və digər çərəzlər sağlam yağlar və zülal ehtiva edərək həzm prosesini ləngidir və qan şəkərinin sabit qalmasına yardım edir. Zeytun yağı, tərkibindəki doymamış yağlar sayəsində insulinə həssaslığı artırır və qan şəkərinin səviyyəsini tənzimləyir.

 

Yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə ispanaq və kələm, lif və maqneziumla zəngin olub, qan şəkərinin tarazlanmasına dəstək verir. Qan şəkərinin idarə olunması üçün düzgün qidalanma ilə yanaşı, müntəzəm fiziki fəaliyyət və sağlam həyat tərzi də vacibdir.(E-saglam.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi