Azyaşlı qız dəm qazından zəhərləndi-DƏHŞƏT
Bakıda 12 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.
Xəbər verilir ki, 2013-cü il təvəllüdlü, Yasamal rayon sakini Nərgiz Cəvahir qızı Əliyeva yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır."Report"