"Qarabağ"ın "Flamenqo"ya keçən hücumçusu: "Braziliyada olduğum üçün çox xoşbəxtəm"
"Burada olduğum üçün çox xoşbəxtəm". Xəbər verilir ki, bunu "Qarabağ"dan Braziliyanın "Flamenqo" klubuna keçən Olavio Juninyo Rio-de-Janeyrodakı hava limanında deyib.
28 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə rəsmi müqavilə bağlamadığı üçün qısa açıqlama ilə kifayətlənib. Onu klub rəsmiləri ilə yanaşı, bir neçə azarkeş də qarşılayıb.
Yerli vaxtla təxminən saat 17:00-da sözügedən şəhərə çatan forvard birbaşa otelə yollanıb. O, bu gün tibbi müayinədən keçəcək və daha sonra 3 illik rəsmi müqaviləyə imza atacaq.
"Qarabağ" bu transferdən 5 milyon avro qazanacaq. "Flamenqo" həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək."Report"