azia.az
azia.az

Baş direktorun müşavi Nail Abdullayev piyadanı maşınla vuraraq öldürüb-DƏHŞƏTLİ FACİƏ

Bu gün, 10:15

Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.

 

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyində baş direktorun müşaviridir. 

 Xatırladaq ki, hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.

 

  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi