Hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu azad etməsi sakinləri ayağa qaldırdı - VİDEO-KÜTLƏVİ ETİRAZ
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin dələduzluqda təqsirləndirilən "Sahil - S İnşaat" tikinti firmasında vəzifə tutmuş Pənah Kərimovu ev dustaqlığına buraxması sakinləri ayağa qaldırıb. Anaxeber.info bildirir ki, dələduz əməlləri sübuta yetirilmiş Pənah Kərimovun həbsdən buraxılması zərər çəkən sakinləri hiddətləndirib. Onlar buna etiraz olaraq Məhkəmə-Hüquq Şurasının qarşısına yığışıblar və hakim Elnur Nuriyevin bu qərarından narazılıq ediblər. Şikayətçilərin sözlərinə görə, Pənah Kərimov şirkətdə ikinci şəxs olub, hazırda həbsdə olan MTK rəhbəri Taley Alaverdiyevin şərik idi. Onlar bildiriblər ki, 2018-ci ildə tikintisi başlanan binanın hər hansı problemi yox idi, ta ki 2021-ci ildə Pənah Kərimovun şərikliyi ortaya çıxanadək. Elə bundan sonra mənzil almaq istəyənlərin aldadılması halları baş verib. Belə ki, Pənah Kərimov bir mənzili bir neçə şəxsə satıb və nəticədə xeyli insan dələduzluğun, fırıldağın qurbanı olub.