azia.az
azia.az

Ferdi Tayfurdan qalan sərvət insanları şoka saldı

6-01-2025, 13:00

Arabesk musiqisinin aparıcı adlarından olan Ferdi Tayfur 79 yaşında dünyasını dəyişdi.

Xəbər verilir ki, itkisi ilə milyonları kədərləndirən usta sənətkarın üzə çıxan sərvəti insanları çaş-baş qoyub.

Dəbdəbədən və nümayişkaranəlikdən uzaq, təvazökar bir həyat sürən arabesk musiqisinin əfsanəvi adı Ferdi Tayfurun ölümündən sonra geridə qoyduğu sərvət və sərmayələrinin böyüklüyü insanları heyrətə salıb. Belə ki, onun İstanbul, Adana və Marmarisdə böyük sərmayələrin sahibi olduğu məlum olub.

79 yaşında dünyasını dəyişən Tayfurun İstanbulun müxtəlif rayonlarında 6 villası və 30 mənzili, Adanada isə 50 mənzili  olduğu məlum olub.

Tikinti sektorunda da böyük səhmləri olan Tayfurun bu sahədəki sərmayələrinin təfərrüatları tam olaraq bilinmir. /lent.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi