azia.az
azia.az

Dövlət Dəniz və Liman Agentliyi ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi arasında çəkişmə

Dünən, 09:03

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "SOCAR-AQŞ" MMC məhkəməyə verilib.

 

Pravda.az-ın xəbərinə görə, qurumlarla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxsi edib.

 

Mahiyyəti maddi ziyanın ödənilməsi üzrə mübahisə olan iş hakim Kənan Hüseynovun icraatındadır. Hazırlıq iclası fevralın 7-də keçiriləcək.

 

Qeyd: 2014-cü ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 440 050 998 AZN olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin rəhbəri Rauf Göyüş oğlu Vəliyevdir. 2005-ci ildə yaradılan və nizamnamə kapitalı 381 200 dollar olan "SOCAR-AQŞ"nin qanuni təmsilçisi Samir Rafiq oğlu Mollayevdir. "Dövlət Dəniz və Liman Agentliyi"nin İdarə Heyətinin sədri isə Əfqan Cəlilovdur.

 

Xəyal Quliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi