Şimal Vəkil Bürosunun rəhbəri, sabiq məhkəmə sədri Z.Hüseynovun nəvəsi nömrəsiz maşınla ağır qəza törətdi – Saatda 150…
Sumqayıtda yüksək sürət ağır qəzaya səbəb olub. Azia.az bloqu Den.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Sülh prospekti ilə Koroğlu küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, sürücü 2005-ci il təvəllüdlü Hüseynzadə Hüseyn İlham oğlu yüksək sürətlə idarə etdiyi BMV markalı 99 XC 915 dövlət nömrə nişanlı minik avtomobilini əvvəlcə 10 nömrəli 50 AE 809 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpıb. Qəza səbəbindən avtobus aşıb. Daha sonra yol kənarında dayanan Opel markalı minik avtomobilinə dəyib.
Xoşbəxtlikdən avtobus boş olub. Hadisə zamanı xəsarət alanlar isə dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Qəza törədəm Malliyyə nazirliyində işləmiş İlham Hüseynovun oğludur
Hadisənin ilginc tərəfi isə qəzanı törədən şəxsin kimliyidir. Belə ki, araşdırma zamanı məlum olub ki, səhər saatlarında ağır qəza törədən şəxs Hüseynzadə Hüseyn İlham oğlu Sumqayıt Şəhər Məhkəməsinin sabiq sədri Zeyqəm Hüseynovun nəvəsidir.
Şahidlərin sözlərinə görə, Hüseyn Hüseyzadə saatda 150 ilə avtomobili idarə edib və qaydaları kobud şəkildə pozaraq qəza törədib. Həmçinin qəza törətdiyi avtomobilin üzərində dövlət nömrə nişanı olmayıb.
Zeyqəm Hüseynovun oğlu İlham Zeyqəm oğlu Hüseynovun hələ illər əvvəl Maliyyə nazirliyində işləməsi haqda yazılmışdı. İlham Hüseynov mətbuatın gündəmində söyüş söyən məmur kimi qalmışdı. BELƏ Kİ, RƏİS QARDAŞI VƏ ATASI ZEYQƏM HÜSEYNOV BARƏDƏ SAYTDA GEDƏN YAZIYA SOSİAL ŞƏBƏKƏDƏ TƏHQİR VƏ SÖYÜŞ YAZARAQ gündəmə gəlmişdi. Qəza törədən də həmin nalayiq təhqir sözləri yazan İlham Hüseynovun oğludur. Belə məlumat veilir.
Faktla bağlı araşdırma aparılır