azia.az
azia.az

Depressiya ilə mübarizədə ƏN YENİ METOD

4-01-2025, 17:14

Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, vagus(azan) sinirinin stimulyasiyası ənənəvi müalicələrə cavab verməyən ağır depressiya üçün effektiv müalicədir.

Bu barədə Brain Stimulation jurnalında məlumat yayımlanıb.

Vagus siniri əhval-ruhiyyənin tənzimlənməsinə təsir edərək beyin və orqanlar arasında siqnalların ötürülməsində əsas rol oynayır.

493 yetkin şəxs üzərində aparılan tədqiqatlar bu sinirin aktivləşməsi ilə depressiv simptomların azalaması, həyat keyfiyyəti və gündəlik işləri yerinə yetirmək qabiliyyətinin yaxşılaşması arasında əlaqəni müəyyənləşdirib.

Depresiv simptomların əsas ölçü qruplar arasında əhəmiyyətli fərqlər görülməsə də, xəstələrin həyat keyfiyyətinə dair subyektiv hesabatları çox müsbət olub. Stimulyasiya alan iştirakçılar onilliklər boyu davam edən xroniki depressiyadan sonra müsbət irəliləyişlər olduğunu bildiriblər.

Psixiatriya professoru Çarlz Konvey qeyd edir ki, bu xəstələr artıq orta hesabla 13 müalicəni sınayıblar və həyatlarının çox hissəsini depressiya ilə keçiriblər: "Lakin buna baxmayaraq, bizim metodumuz intihar, xəstəxanaya yerləşdirmə və əlillik riskləri ilə müşayiət olunan ağır depressiya formaları ilə mübarizədə əhəmiyyətli effektivliyini göstərdi"

Alimlər tədqiqatlarını, o cümlədən bipolyar pozğunluğun müalicəsi sahəsində davam etdirməyi planlaşdırırlar. Onlar ilk olaraq vagus sinirinin stimullaşdırılmasının ən təsirli olacağı xəstə qruplarını müəyyən etməyi hədəfləyirlər.

Elvin


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi