BAO TƏYYARƏ QƏZASINA GÖRƏ GÜNAHKARLARIN CIZALANDIRILMASINI TƏLƏB EDİR
Məlum olduğu kimi, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.
Rəsmi mənbələr təyyarə Rusiyanın havadan müdafiə sistemi tərəfindən vurulduğunu təsdiqləyiblər.
Rusiya Azərbaycan mülki təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyır. Faktı etiraf etməli və Azərbaycandan üzr istəyərək təzminat ödəməlidir.
Azərbaycanın haqlı tələbləri yerinə yetirilməyəcəyi təqdirdə:
1. 22 fevral 2022-ci ildə imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" birtərəfli qaydada ləğv edilməlidir.
2. Azərbaycan Respublikasının 24 sentyabr 1993-cü ildə üzv olduğu "Müstəqil Dövlətlər Birliyi"ndəki (MDB) fəaliyyətinə xitam verilməlidir.
Bütöv Azərbaycan Ocaqları.
Bakı, 29 dekabr 2024-cü il