azia.az
azia.az

Azərbaycanlıları Rusiyadan qovduran sərhədçi GÖRÜN KİMDİR-DƏHŞƏT- FOTOFAKT

30-12-2024, 09:39

Son zamanlar Rusiyadan deportasiya edilən həmvətənlərimizin sayı artıb.

Azia.az bloqu Sfera.az-a istinadən xəbər verir ki, Vüqar İsayev adlı sosial şəbəkə istifadəçisi bu haqda maraqlı status yazıb.

O bildirib ki, taksi fəaliyyətilə bağlı Dağıstanla sərhədə tez-tez gedir. Bu günlərdə kafelərin birində Rusiyadan ömürlük deport olunmuş bir nəfərlə söhbət edərkən problemin səbəbini anlayıb:

"Sərhədyanı kafelərin birində nahar edərkən bir qardaşla həmsöhbət olduq. Məlum oldu ki, qardaşı Rusiya dövlətinə keçməyə ömürlük deport qoyublar. Söhbət əsnasında qardaşdan deportasiya edilməsi barədə olan kağızı istədim. Bu sənədə baxanda azərbaycanlıların Samur Gömrük Məntəqəsindən niyə belə tez-tez deportasiya edilməsi mənə məlum oldu. Sən demə orada (Dağıstan tərəfdə-red) buraxılış məntəqəsində deportasiya xidmətinin rəisi erməni imiş. Bu axır vaxtlarda ən çox rast gəlinən haldır, kim gəldi deportasiya edirlər. Mənfur düşmən orada rəis Arakelyan.A.A imiş. Yəqin ki, bu işlə əlaqədar təşkilatlar bir tədbir görəcək. Bu da fakt - sənəd : 

Должностное лицо пограничного органа Аракелян.А.А ."




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi