azia.az
azia.az

MƏKTƏBLƏRDƏ erməni dilinin tədrisi VACİBDİR

29-12-2024, 10:08

Hazırda Ermənistanda Azərbaycan dili tədris olunur. Bu, hərbi əməliyyatlar zamanı qarşı tərəf üçün üstünlük yaradır. Lakin Azərbaycanda məktəblərdə erməni dilinin tədrisinə dair heç bir plan və ya məlumat mövcud deyil.

Maraqlıdır, məktəblərdə erməni dilinin tədrisi vacibdirmi? Ümumiyyətlə, gələcəkdə belə bir addım atıla bilərmi?

AzEdu.az-a açıqlama verən Azərbaycan Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas və politoloq Qafar Çaxmaqlı bildirib ki, dil öyrənmək hər hansı bir xalq üçün üstünlükdür.

“Rəqib olduğun, müharibə apardığın ölkənin dilini bilmək isə sənə hərbi əməliyyatlarda və hərbi kəşfiyyat işində böyük üstünlük yaradır. Ermənilər bizimlə məsələnin həll olunmadığını düşündüklərindən, Azərbaycan və ya Türk dilinin tədrisinə əhəmiyyət verirlər, bu da bir növ revanşizm elementidir. Biz isə buna əhəmiyyət vermirik. Ermənistanla bağlı plan və ya layihənin yoxluğunun səbəbi yalnız biganəlikdir. Mövcud vəziyyətin ciddiliyini qəbul etmirik.

Ermənistanda ali məktəblərdə vəziyyət bizdən fərqlidir. Orada xüsusi kafedralar və erməni dilinə həsr olunmuş şöbələr fəaliyyət göstərir, bizdə isə bu sahə yalnız kağız üzərindədir. Bu işə məsul olan istənilən səlahiyyət sahibindən soruşsanız, erməni dilinin tədrisinin vacibliyindən böyük danışarlar, amma illərdir ki, heç bir faydalı addım atılmayıb. 44 günlük müharibə, tarixi əhəmiyyətini bir yana qoysaq, bu məsələnin nə qədər taleyüklü olduğunu bir daha ortaya qoydu. Bir dil bilənlə, iki dil bilənin eyni səviyyədə olmadığını hamımız yaxşı bilirik.”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi