"Məni və yoldaşımı 5 saat yarım gömrükdə gözlətdilər" - Qəzada ölən şəxsin atası
AZAL-ın təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Anar Babayevin atası Zöhrab Babayev jurnalistlərə açıqlama verib. "Unikal"ın məlumatına görə, o, hava limanında gömrük işçiləri tərəfindən lüzumsuz yerə gözlədildiyini bildirib:
"Mən də, yoldaşım da 5 saat yarım ac vəziyyətdə gömrükdə gözləmişik. Soyuqda bizə işgəncə verdilər. Heç olmasa orada bir otaq yaradın ki, orada oturaq", - deyə Z.Babayev qeyd edib.