Qadınlar arasında kütləvi davada bir neçə kişi bıçaqlanıb
Türkiyənin Adıyaman şəhərində qadınlar arasında kütləvi dava olub.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, qadınlar arasında əvvəlcə mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrilib. Qadınların bir-birinə bıçaqla hücum etdiyi davada kişilər - Elif B., Melisa B. və Ahmet K. xəsarət alıb.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Davada iştirak edən qadınlar hadisə yerindən qaçıblar. Onların adları hələ açıqlanmır.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.