azia.az
azia.az

Novxanıda yerləşən “Grandmart” marketlər şəbəkəsindən GİLEY EDİR...

15-12-2024, 11:36

"Abşeron rayonunun Novxanı kəndində bir neçə iri supermarket fəaliyyət göstərir ki, bunlardan da biri Grandmart supermarketidir. Digər marketlərlə müqayisədə qiymətlərinin hədsiz bahalığı ilə tanınan bu market, həm də müştərilərə kobud davranışı ilə də diqqət çəkir". Bu barədə  yayılan məlumatda bildirilir.

Məqalə müəllifi daha sonra əlavə edir: "Belə ki, özünün “Grandmart”ın müdir müavini kimi təqdim edən Aynur İsmayılova adlı şəxs, ona istənilən məsələ ilə bağlı müraciət edən müştərilərə kobud cavab verir, sözün həqiqi mənasında onların əsəbləri ilə oynayır. Aynur İsmayılova vitrindəki məhsulların tarixi, keyfiyyəti və s. ilə bağlı ona müraciət edən müştərilərə bildirir ki, o, marketin rəhbərliyidir və onu belə “xırda məsələlərə görə”“narahat etmək olmaz.

Özünü rəhbərlik kimi təqdim edən bu şəxs müştərilərə nümayişkəranə şəkildə bildirir ki, əgər kimsə məhsulun keyfiyyətinə, yararlılıq müddətinə şübhə edirsə, o zaman gedib başqa marketlərdən alış-veriş edə bilər. “Biz kimsənin 5-10 manatına qalmamışıq” ifadəsi Aynur İsmayılova adlı bu şəxsin ən çox işlətdiyi ifadələrdəndir.

Ümid edirik ki, “Grandmart” marketlər şəbəkəsinin rəhbərliyi Aynur İsmayılovanın Ərəbzəngi rolunda çıxış etməsinin qarşısını alacaq və öz əməkdaşına başa salacaq ki, insanlarla hörmət və ehtiramla davranmaq lazımdır..."

Hər halda bu vətəndaş iddiasıdır və biz qarşı tərəfi də dinləməyə hazırıq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi