Bu ölkədə 600-dən çox uşaq qida çatışmazlığından ölüb
Cənubi Afrika Respublikasında 2024-cü ildə 600-dən çox uşaq qida çatışmazlığı səbəbindən ölüb.
"Cebheinfo.az" xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Səhiyyə Naziri Aaron Motsoaledi, ölkədə qida çatışmazlığı ilə bağlı Milli Assambleyaya təqdim edilən parlament sualına cavab verərkən deyib.
Motsoaledi, qida çatışmazlığı səbəbindən uşaq ölümlərinin daha çox ölkənin şərqindəki KvaZulu-Natal əyalətində, daha sonra Limpopo, Şərqi Keyp və Gauteng əyalətlərində müşahidə edildiyini bildirib.
Cənubi Afrika Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, 63 milyon əhalisi olan ölkədə 10 milyonu yuxarı səviyyədə olmaqla təxminən 40 milyon insan qida çatışmazlığı ilə üzləşir.
Digər tərəfdən kənd təsərrüfatı məhsullarının ixracının keçən il 13,2 milyard dollarla rekord həddə çatdığı Cənubi Afrika qitənin qabaqcıl qida ixracatçısı ölkələri sırasındadır.
Əfsanə Rəcəb