Əsədin yeri MƏLUM oldu
Suriyanın devrilmiş prezidenti Əsəd və onun ailə üzvləri Moskvaya gəlib, Rusiya Federasiyası onlara sığınacaq verib.
Azia.az bloqu Axar.az-a istinadla xəbər verir ki. bu barədə TASS Kremldəki mənbəyə istinadla məlumat yayıb.
“Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq, Rusiyaya gəlib və onlara sığınacaq verilib”, - agentliyin həmsöhbəti bildirib.
Əlavə edilib ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.
Qeyd edək ki, bundan öncə Bəşər Əsədin olduğu İl-76 yük təyyarəsinin radarlardan itməsi səbəbindən qəzaya uğradığı və Əsədin öldüyü ehtimalı yayılmışdı.
Suriya müxalifəti Dəməşqi bu gün ələ keçirərək, Əsəd rejiminin devrildiyini elan edib.