azia.az
azia.az

N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb

29-11-2024, 18:50

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, toplanan materiallar araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Ülvi Həsənov barədə Cinayət Məcəlləsinin 179.2.4-cü (Mənimsəmə və ya israf etmə. xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb

İş hakim Əhməd Sarıyevin icraatına verilib. Hazırlıq iclası 16 dekabr saat 14:00-a təyin edilib.

Qeyd edək ki, Ülvi Həsənov bu ilin avqustunda həbs edilib. Ona Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilib.

Məlumata görə, onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - Hərbi Prokurorluqdan bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi