azia.az
azia.az

SOCAR-ın keçmiş vitse-prezidentinin oğluna qarşı yeni məhkəmə qalmaqalı

14-11-2024, 16:13

SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı “atalığın müəyyən edilməsi və aliment tələbi” ilə bağlı illərdir davam edən məhkəmə prosesi yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, Orxan İsmayılzadə atalığın müəyyənləşdirilməsi üçün məhkəmənin təyin etdiyi ekspertizadan keçməkdən imtina etsə də, məhkəmə başqa sübut-dəlillərlə qərar verib ki, Fidan Abbasovanın 2015-ci il təvəllüdlü qızının atası məhz odur.

Məhkəmə araşdırması zamanı məlum olub ki, SOCAR-ın vitse-prezidentinin oğlunun milyonlarla dəyəri olan daşınar və daşınmaz əmlakları var. Məsələn, “Hummer”, “Porsche” markalı avtomobilləri, bir neçə mənzil və fərdi yaşayış evləri, obyektləri və s.

Sabunçu Rayon Məhkəməsi onun üzərinə aylıq cəmi 500 manat aliment ödəmək öhdəliyi qoyub.

Orxan İsmayılzadə Sabunçu Rayon Məhkəməsinin qərarından narazıdır. O, qərardan apelyasiya şikayəti verib. Şikayətə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi