azia.az
azia.az

Rauf Nağıyev və TƏBİB-in məhkəmə çəkişməsi davam edir

4-11-2024, 09:06

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev və "Tibbi Ərazi Bölmələrini Ərazi İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsi arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, mahiyyəti işə bərpa və əmək haqqı tələbi olan iş Ali Məhkəmənin hakimi Zaur Əliyevin icraatındadır.

 

Xatırlatma: 2024-cü ilin aprelində Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı qismində tanınan R.Nağıyev keçmiş işinə bərpa olunma və əmək haqqının ödənməsi tələbini qoyub. Məhkəmədə sabiq baş həkimin iddiasını təmin edib. 

 

Qeyd: R.Nağıyev 2023-cü ilin dekabrında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılıb.

 


Xəyal Quliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi