Xəstələrinə qarşı iyrənc hərəkət edən həkim həbs olundu
Xəstələrinə qarşı əxlaqsız hərəkətlər edən həkim həbs edilib.
Azia.az bloqu Söz.az-a istinadla xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində yaşanıb.
Zeynep adlı qadın həkimlə bağlı sosial media hesablarında məlumat yayıb. O, paylaşımda "Bir çox qadının ifadələri ilə İnegöldə bir həkimlə bağlı əxlaqsız hərəkətlər etdiyinə görə istintaqı başladılıb. Məhkəmə prosesinə təsir etməmək üçün ad və xəstəxana məlumat verə bilmərik, ancaq həkimdən şikayəti olanlar mənə müraciət edə bilər” yazıb.
Həkim sosial şəbəkələrdəki şikayətlərdən sonra saxlanılıb. İfadəsindən sonra məhkəmə qərarı ilə tutularaq həbsxanaya göndərilib.
Həkimin iddiaları qəbul etmədiyi öyrənilib.