azia.az
azia.az

“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə HÖKM OXUNDU

31-10-2024, 17:26

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ajans.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edib. Hökmə əsasən, Əhmədov Ramil Bəşir oğlu 9 il 6 ay– , Ağayev Fuad Ramiz oğlu 13 il– , Axundov Fuad Arazi oğlu 9 il 6 ay– , Ağadadaşov Cavid Zahid oğlu 4 il –, Cümşüdov Qurban Qədim oğlu 4 il müddətinə azadlıqdan məhrub olunublar.

Xatırladaq ki, Prokuror Əhmədov Ramil Bəşir oğlunun 10 il, Ağayev Fuad Ramiz oğlunun 15 il, Axundov Fuad Arazi oğlunun 11 il, Ağadadaşov Cavid Zahid oğlunun 13 il,Cümşüdov Qurban Qədim oğlunun 13 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi