azia.az
azia.az

İsrail İrana ABŞ-ın nəzarətində olan İraq ərazisindən zərbələr endirib

27-10-2024, 09:17

İsrail İrana zərbələr endirmək üçün ABŞ ordusunun nəzarəti altında olan İraq ərazisindən istifadə edib.

“Report” xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail “hava-yer” raketlərindən istifadə edərək İlam, Xuzistan və Tehran ostanlarında İranın stasionar radiolokasiya stansiyaslarını vurmağa cəhd edib.

Qeyd edək ki, İraqda 2,5 minə yaxın Amerika əsgəri var. ABŞ-ın rəhbərlik etdiyi koalisiya 2014-cü ildə ilk növbədə İŞİD terrorçularına qarşı mübarizə məqsədilə yaradılıb. Eyni zamanda Vaşinqton 900-ə yaxın amerikalı hərbçinin olduğu Suriyadakı hərbi kontingenti dəstəkləmək üçün İraqda mövcudluğunu saxlamağa çalışır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi