Sayğac dələduzları saxlanıldı– VİDEO
Dələduzluq edən şəxslər saxlanıldılar.
ARB TV xəbər verir ki, Xəzər RPİ 1-ci polis bölməsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Suraxanı rayon sakinləri Ramil Hüseynov və Bayram Sadıqovu saxlayıblar. Onlar qabaqcadan əlbir olub Bakı şəhərinin müxtəlif rayonlarında vətəndaşlara məxsus qaz sayğaclarına pul müqabilində müdaxilə etməkdə, qaz sərfiyyatını azaltmaq məqsədi ilə dövlətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinirlər.
Saxlanılan şəxslər Xəzər, Yasamal və Binəqədi rayonlarında təxminən 20-ə yaxın sayğaca pul müqabilində müdaxilə ediblər.
Ramil Hüseynov (saxlanılan şəxs): “Vətəndaş əlaqə saxlayırdı ki, müdaxilə olunmalıdır. Tutulmağa doğru getdiyini görəndə, gedib sayğacı düzəldirdik. 40-50 manat pul alırdıq”.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.