azia.az
azia.az

RƏSMİ Ankara terror aktının mümkün təşkilatçıları barədə DANIŞDI

24-10-2024, 07:17

Türkiyə hakimiyyəti Ankaradakı terror aktında PKK terror təşkilatının nümayəndələrinin əli ola biləcəyinə inanır.

 "TRT Haber"ə istinadla xəbər verilir ki, bunu ölkənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

O, hücum edənlərin şəxsiyyətinin müəyyən edilməsi prosesinin davam etdiyini vurğulayıb.

Yerlikaya onların hərəkətlərinin böyük ehtimalla PKK ilə əlaqəli olduğunu irəli sürüb.

O da bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda proqramını yarımçıq qoyub, oktyabrın 24-ü, cümə axşamı səhər saatlarında Türkiyəyə qayıdır.

Xatırladaq ki, oktyabrın 23-ü günorta saatlarında terrorçular Türkiyənin ən böyük müdafiə müəssisələrindən birinə hücum ediblər. Onlar pulemyot, tapança və qumbaraatanlarla mühafizəçilərin yanından keçərək insanları girov götürə biliblər. İki hücumçu sonda məhv edilib. Türkiyə hakimiyyət orqanları hücumun mediada işıqlandırılmasını qadağan edib və sosial medianı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Terror hadisəsi Rusiyada keçirilən BRİKS sammiti zamanı baş verib. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin Ərdoğana başsağlığı veriblər./Redaktor.az  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi