60 yaşlı qayınata 19 yaşlı gəlinini məcbur etdi ki, məni öp, sonra isə....- VİDEO
Balakəndə 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya qarşı biabırçı əməl törədib.
Teymur 2020-ci ilin fevral ayının ortalarında oğlu Arif və gəlini Leylanın birlikdə yaşadıqları Balakən rayonu Şambul kəndində yerləşən evə gəlib.
Giriş qapısının ağzında dayanıb evdə tək olan Leyladan onu öpməsini tələb edib. Gəlin imtina etdikdə onu qolundan tutaraq özünə tərəf çəkib və zorla qapının yanında olan taxtın üzərində oturdub. Ona qarşı qeyri-əxlaqi hərəkətlər edib.
Leylanın sözlərinə görə, təxminən 2020-ci ilin fevralın ortalarında, saat 9 radələrində qayınatası Teymur Ariflə onun yaşadığı evə gəlib:
"Həmin vaxt Arif su gətirmək üçün evdən getmişdi. Teymur evə gələrək qapını örtdü, qapının qarşısında dayanaraq üzərimə gəldi. O, sağ yanağını barmağı ilə göstərdi və dedi ki, ay qızım, gəl məni öp. Mən öpməyəcəyimi dedim.
Qayınatamın bu istəyinə görə pis olduğum üçün evdən çölə çıxmaq istədim. Giriş qapısının qarşısında Teymur qolumdan tutaraq məni özünə tərəf çəkdi və əllərini arxama, sinəmə və ayaqlarıma sürtdü.
Sonra məni qapının yanında taxtın üstünə zorla oturtdu. Məni taxta uzatmaq istəsə də, müqavimət göstərdiyimdən uzada bilmədi.
Teymur əli ilə mənə qarşı əxlaqsız hərəkətlər etməyə başladı. Müqavimət göstərdiyim üçün başım onun alt dodağına dəydi, dodağından qan açıldı. Teymur üzərimdən aralandı. Tez duraraq evdən çıxdım. Sonra Teymur getdi.
: