Bu məlumatı verən şəxs 10 milyon dollar alacaq
ABŞ hökuməti rus hərbi bloqu "Rybar" və onun əməkdaşlarının müəyyənləşdirilməsinə və ya yerini müəyyən etməyə kömək edən məlumat üçün 10 milyon dollar mükafat təklif edir.
Demokrat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
Əsas diqqəti Kremlin Ukraynaya müdaxiləsinə yönəldən "Telegram" kanalında 1,3 milyondan çox abunəçisi olan "Rybar"ın məqsədi Rusiyanın hərbi imkanlarını gücləndirmək, rusiyayönlü və anti-Qərb rəvayətlərini təbliğ etməkdir.
Amerika hökumətinin saytındakı məlumata görə, bu kanala əvvəlcə "Vaqner"in mərhum lideri Yevgeni Priqojin nəzarət edib. Hazırda "Rybar" ABŞ-da Rusiya hökumətinin siyasi maraqlarını təbliğ etmək məqsədilə #HOLDTHELINE və #STANDWTHTEXAS təbliğat sosial şəbəkələrini idarə edir.
"Rybar" 2022-ci ildən ABŞ sanksiyaları altında olan Rusiyanın dövlət müdafiə və sənaye korporasiyası "Rostec"dən maliyyə alır. Bundan əlavə, saytın məlumatına görə, "Rybar" X sosial şəbəkəsində ABŞ-da gələn ay keçiriləcək prezident seçkiləri ərəfəsində "sosial parçalanmanı təşviq etmək, partizan və irqi nifrəti qızışdırmaq, nifrət və zorakılığı təşviq etmək"məqsədi daşıyan TEXASvsUSA kanalını yaradıb.
Jalə