azia.az
azia.az

"Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq

Bu gün, 09:32

Bu gün avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə yekun vurulacaq.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.

Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 11 medala (3 qızıl, 3 gümüş, 5 bürünc) sahib çıxıblar.

Yarışa Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Qeyd edək ki, reqatanın yekununda bağlanış mərasimi baş tutacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi