azia.az
azia.az

Bu donuzun rəsmi görün neçəyə satıldı - FOTOLAR

17-10-2024, 09:41

Cənubi Afrikada heyvan sığınacağında yaşayan yeddi yaşlı Pikasso adlı donuz balasının rəsmləri 1,2 milyon dollardan çox gəlir gətirib. Heyvanı bir vaxtlar sığınacağın sahibi Coan Lefson kəsimdən xilas edib.

 

Bildirilir ki, donuzu öldürmək istəsələr də, sığınacağının sahibi Coan Lefson onu xilas edib. Daha sonra Pikasso tərəfindən çəkilmiş rəsmləri satıb.

 

Bir gün donuz tövləsindən köhnə bir fırça götürüb və bir sıra portretlər və mücərrəd şedevrlər çəkib.

 

"Onun rəssamlığa həvəsi var. Çəkisi 450 kq-dan çox olan donuzun fırçanı kətan üzərində necə belə zərif hərəkət etdirdiyini izləməyi sevirəm. Onun sayəsində bütün bu canlılar inkişaf edə bilər”.

 

Coan bu rəsmləri satışa çıxarıb və onları 1,2 milyon dollardan çox sata bilib. Rəsmlərdən biri üçün Coan 24,5 min dollar alıb ki, bu da bir heyvan rəssamın qazandığı ən böyük məbləğdir.

 

Qadın qazancını sığınacaq idarə etməyə xərcləyir.

 

Qeyd edək ki, Pikasso 2016-cı ildən rəsm çəkir və bu müddət ərzində yüzlərlə rəsmlə yanaşı, yazı yazmağı da bacarıb.

 

Aysel





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi