azia.az
azia.az

VƏTƏNDAŞ BU TƏLƏBƏ ƏMƏL ETMİRSƏ, ƏKS HALDA, əməkhaqqından, pensiyasından çıxıla BİLƏR - XƏBƏRDARLIQ!

15-10-2024, 08:51



Vətəndaşların və hüquqi şəxslərin əmlakla bağlı müəyyən öhdəlikləri var. Bunlardan biri də əmlak vergisidir. Bəzi şəxslər isə sözügedən vergini ödəməkdən imtina edir və ya yayınırlar. 

 

Maraqlıdır, belə olan halda qanunvericiliklə həmin şəxslərə qarşı hansı tədbirlər görülə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, bu məsələ Vergi Məcəlləsi, eyni zamanda bələdiyyə vergilərinə dair qəbul olunmuş qanunlarla tənzimlənir:

 

“Qanunvericiliyə görə, bələdiyyələr öz inzibati ərazisində olan fiziki və hüquqi şəxslərə məxsus olan torpaqlara və daşınmaz əmlaklara dair vergi alır. Həmin vergilər vaxtında ödənmədiyi halda, bununla bağlı həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu, həm də Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul edilir. Həmin qərarlar birbaşa icra edilməsi üçün bələdiyyənin ərazisində yerləşən, məhkəmə qərarlarını icarə edən və Ədliyyə nazirliyinə tabe olan icra qurumlarına göndərilir”.

 

Vamiq Şükürov bildirib ki, icra qurumları həmin vergilərin, onun faizlərinin, hesablanmış sanksiyalarının tutulması üçün məcburi icra tədbirlərinin görülməsini təmin edir:

 

“Belə ki, vergi borcunun şəxsin əməkhaqqına, pensiyasına, daşınar və daşınmaz əmlaklarına yönəldilməsi üçün tapşırıqlar verilə bilər. Qanunvericiliyə əsasən, vətəndaşlar əmlak vergisini ödəməlidirlər, bundan yayına bilməzlər. Əgər yayınarlarsa, icraat qurumları tərəfindən tədbirlər görülə bilər. Bunlara qeyd etdiyim kimi məcburi icra tədbirləri aiddir. Eyni zamanda şəxsin ölkədən çıxışına qadağa qoyulması üçün icra məmuru məhkəməyə müraciət edə bilər. Əlavə olaraq, şəxs hesablanmış vergi borcunu qəsdən ödəmirsə, icra məmurunun göstərişlərinə əməl etmirsə, onun cərimələnməsi, barəsində inzibati tədbirlərin görülməsi üçün də məhkəməyə müraciət oluna bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi