Arvadını öldürməmişdən öncə internetdə axtarışa vurduğu söz DƏHŞƏTƏ GƏTİRDİ - FOTO
Bursada boşanma ərəfəsində olan həyat yoldaşı Seher Kındaçı (42 yaş) başına küt alətlə vurduqdan sonra iplə boğaraq öldürən Turqay Kındaçın (47 yaş) cinayətinin bəzi detalları üzə çıxıb.
Azia.az bloqu titul.az-a istinadən xəbər verir ki, Turqay Kındaçın qətl olayından öncə internetddə axtarışa vurduğu söz istintaq zamanı xüsusilə diqqət çəkib.
Turqay Kındaç qətlə yetirdiyi həyat yoldaşı Seher Kındaçın bacısına "Seheri məndən ala bilməzsiniz, onu öldürdüm. Evə polis və təcili yardım göndərin, zarafat etmirəm" mesajını yazıb. Mesajı görən bacısı,cütlüyün oğlu Hüseyin Kındaça xəbər verib. Evə gələn Hüseyin Kındaç, anasını mətbəxdə qan içində görüb. Hadisə yerinə gələn təcili yardım briqadası qadının artıq dünyasın dəyişdiyini müəyyən edib.
Hadisə yerindən qaçan Turqay Kındaç cinayətdən bir gün sonra yaxalanıb. Məhkəmədə hakim qarşısına çıxarılan təqsirli ifadəsində törətdiyi əməli etiraf edib, cinayəti qısqanclıq zəmnində törətdiyini bildirib:
"Həyat yoldaşımın iş yerində 2023-cü ilin son günü, kollektivin təşkil etdiyi parti oldu. Yoldaşım o axşam M. isimli biriylə şəkil çəkdirib, sosial şəbəkə hesabında paylaşmışdı. Təxminən 1 aydır bu məsələ ilə bağlı mübahisə edirdik. Hadisə gününün səhəri də aramızda yenə mübahisə baş verdi. Mənə qarşı bunu etməməli idi".
Kındaçın arvadını öldürməmişdən önce Google-da, "İplə insan boğmaq nə qədər müddətdə mümkün olur" deyə axtarış etdiyi ortaya çıxıb.
Məhkəmə prosesi qeyri-müəyyən tarixə kimi ertələnib.