"Greencard Azerbaijan"ın direktoru niyə həbs edilib?
"Abroad" MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru, dələduzluqda təqsirləndirilən Rüfət Piriyev barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oktyabrın 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Anar Sadıqovun sədrliyi ilə keçiriləcək.
Rüfət Piriyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 42 nəfər zərərçəkmiş qismində tanınıb.
İş materiallarına görə, Rüfət Piriyev vətəndaşları viza düzəltmək adı ilə aldadıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Şikayətlər əsasında onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və o axtarışa verilib. Bu ilin yanvarında polis əməkdaşları Rüfət Piriyevin yerini müəyyən edib və o, saxlanılıb. Yasamal Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.