azia.az
azia.az

Şəxsiyyət vəsiqəsinin itirilməsi və oğurlanması zamanı nə etməli?

5-10-2024, 10:34

Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya oğurlanması zamanı hansı addımları atmaq lazımdır?

İLK OLIARAQ BUNLARI ETMƏK VACİBDİR:

· Şəxsiyyət vəsiqəsi itirildikdə vəsiqənin sahibi və ya onun qanuni nümayəndəsi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.

· Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.

· Vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və vəsiqə sahibinin şəxsiyyəti müəyyənləşdirildikdə, bu barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş vəsiqə barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir, İAMAS-da aktiv statusu dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin itirilməsi ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonra vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.

· Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.Şəxsiyyət vəsiqəsini itirdikdə, qanunla birbaşa cəza verilmir. Lakin, şəxsiyyət vəsiqəsini itirdiyinizdə, yeni vəsiqənin alınması üçün müəyyən prosedurlar həyata keçirməlisiniz. İtirilmiş şəxsiyyət vəsiqəsini bərpa etmək üçün müvafiq quruma (məsələn, Dövlət İmmiqrasiya Xidmətinə) müraciət etməli, itkinin səbəbini açıqlamalı və tələb olunan sənədləri təqdim etməlisiniz.

Əgər şəxsiyyət vəsiqəsini itirmək müəyyən bir cinayətkarlıq və ya saxtakarlıqla bağlıdırsa, o zaman bununla bağlı hüquqi məsuliyyət yarana bilər. Belə hallarda müvafiq qanunvericiliyə uyğun cəzalar tətbiq oluna bilər. Hər halda, itirilmiş şəxsiyyət vəsiqəsi ilə bağlı hər hansı narahatlığınız varsa, müvafiq quruma müraciət etməyiniz tövsiyə olunur.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin yenidən verilməsi üçün dövlət rüsumu 10 manatdır.

Həmin sənədin itirilməsi və ya oğurlanması nəticəsində cərimə tətbiq oluna bilər. Bu, 30 manatdan 50 manatadək ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi