azia.az
azia.az

Alimlər psoriazın potensial səbəbini TAPDILAR

5-10-2024, 09:06

Autoimmun dəri xəstəliyi olan psoriazın dəqiq səbəbi bu vaxta kimi məlum deyil.

Azia.az bloqu Bakupost.az-a istinadən xəbər verir ki, Bata universitetinin alimləri psoriazın dəmirə cavabdeh hormonların işində pozulma nəticəsində yarandığını sübut edə biliblər.

Adətən bu xəstəlik dəri və baş dərisində yaranan xroniki xəstəlikdir. Dəri quruyur, qabıqlanır, ağarır və iltihab yaranır.

Tədqiqatçılar hesab edir ki, dəmir bütün orqanlara oksigen daşınması üçün vacib elementdir. Lakin dəridə normadan artıq dəmir hasil olub toplanarsa, bu Ultrabənövşəyi şüaların təsirindən güclənib, dəri hüceyrələrinin həddən artıq çox və aqressiv böyüməsinə səbəb olur.

Siçanlar üzərində eksperiment göstərib ki, dəmirin sintezində belə pozulmanın səbəbi hepsidin hormonudur O, qidadan orqanizmə nə qədər dəmir lazım olduğunu tənzimləməlidir.

Sağlam insanlarda bu hormone yalnız qaraciyərdə hasil olur, psoriazlı xəstələrdə isə dəridə də olur.

Alimlər hesab edir ki, məhz hepsidinin tənzimi psoriazı müalicə edə bilər.

Bunun üçün əlavə tədqiqatlara və dərman icadına ehtiyac var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi