COP-29 AZƏRBAYCANA VƏ İŞTİRAKÇI DÖVLƏTLƏRƏ NƏ VƏD EDİR?
COP-29 nədir?
COP `` Conference of the Parties `` , yəni tərəflərin konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğunu işarə edir . Bundan əvvəlki tədbir- COP-28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub . COP tədbirlərinin məqsədi , Paris sazişinin tələbi olaraq dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1.5 dərəcə selsi ilə məhdudlaşdırmaq üzrə irəlləyişə nail olmaq olur. İnkişaf etmiş ölkələr arasında əldə edilən razılaşmadan biridə ondan ibarətdir ki, bu məsələdə yəni “İqlim dəyişikliyinin qarşısını almaq” məsələsində inkişaf etməkdə olan ölkələrə müəyyyən maliyyə dəstəyinin ayrılması həyata keçirilir, bu məqsədlədə yaranan fondda müəyyən maliyyə toplanılması üçün vəsait ayrılır. Azərbaycan tərəfindən keçiriləcək COP-29 beynəlxalq sammitdə 100-dən çox ölkənin dünya liderləri , hökumət rəsmiləri ,alimləri , QHT-ləri və digər maraqlı tərəflərin bir araya gələcəyi böyük tədbir olacağı gözlənilir . 2009-cu ildə dünya ölkələri razılaşıblar ki, inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə iqlim fəaliyyətinə dəstək üçün hər il 100 milyard dollar ayrılacaq. 2015-ci ildə bu məbləğin Paris sazişi çərçivəsində 2020-2025-ci illər üçün etibarlı olacağı təsdiqlənib. Beynəlxalq təşkilatların hesabatına görə, 100 milyard dollarlıq hədəfə ilk dəfə 2022-ci ildə nail olunub. 2025-ci ildən sonrası üçün isə yəni ``Yeni Kollektiv Kəmiyyət Hədəfi `` müəyyən edilməlidir. Bu maliyyə hədəfi noyabrda Bakıda keçirələcək COP-29-da əsas mövzulardan biridir. Azərbaycan prezidenti cənab İlham Əliyev demişdir: "Hesab edirəm ki, COP-29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olacaq . Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır . Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik ".
Prezident İlham Əliyev 2023cü ilin dekabrında demişdir: "Bizim vaxtımız o qədər də çox deyil , 11 aydan az vaxtımız var".
Nazirliyin məlumatına görə , Azərbaycanda neft-qaz şirkəti olan ``SOCAR``ın Dubaydakı COP-28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür. AZƏRTAC-ın məlumatına görə, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Bu konfransın nəticəsində, çayların çirklənməsinin qarşısının alınması, torpaqların restavrasiya olunması prosesinin baş verəcəyi gözlənilir. Həmçinin çaylardan suların keyfiyyətli şəkildə istifadəyə verilməsi, səhralaşmanın aradan qaldırılması prosesləri baş verəcək.
Leyla Mahmudova