AHİK sədri Sahib Məmmədov iəmr imzaladı-BAŞ HƏKİM İŞDƏN ÇIXARILDI
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası, Kurort Qapalı Səhmdar Cəmiyyətinin "Abşeron" Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.
Azia.az bloqu unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov əmr imzalayıb.
Sanatoriyanın baş həkimi vəzifəsinin icrası Şahin Quliyevə həvalə edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl "Bilgəh" kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədov da vəzifəsindən azad edilib.