azia.az
azia.az

COP29-da xeyli pul QAZANACAQ ŞƏXSLƏR GÖRÜN KİMLƏRDİR

17-09-2024, 23:49

  Ölkəmizdə baş tutacaq nüfuzlu COP29 tədbirinə 2 aydan da az vaxt qalıb. Bu tədbirin siyasi və mədəni əhəmiyyətindən əlavə, gələn qonaqların paytaxtı ziyarəti olduqca aktualdır.

Adətən, bu tip tədbirlər zamanı təşkilatçı ölkənin turizm və iqtisadi gəlirləri də ciddi dərəcədə artır. Tədbirə gələn qonaqların müxtəlif ticarət mərkəzlərində və ictimai-iaşə məntəqələrində alış-veriş etməsi xidmət sektorunun gəlirlərinə də müsbət təsir göstərir.

Bəs görəsən, COP29 paytaxtın ticarət və xidmət sektoruna hansı qazanclar vəd edir? Bu beynəlxalq tədbirdən ən çox kimlər qazanacaq?

Azia.az bloqu xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, tədbir zamanı paytaxtın mərkəzində və turistik ərazilərində yerləşən obyektlər yüksək gəlir əldə edə bilər:

“Təbii ki, bunlar COP29-a gələcək qonaq sayının nə qədər olacağından asılıdır. Hələ dəqiq olmasa da, 80, 90 və 100 min kimi rəqəmlər səsləndirilir. Bununla bağlı hələki konkret bir məlumat yoxdur. Amma təbii ki, əsasən şəhərin mərkəzi və mərkəzə yaxın yerlərdə, turistik ərazilərdə və İçərişəhərdə yerləşən kafe və restoranların, ictimai-iaşə müəssisələrinin dövriyyəsi xeyli dərəcədə artacaq. Sadalanan obyektlərin gəlirlərinin ciddi artımı gözlənilir. Digər tərəfdən, suvenir satan mağazalar, alış-veriş mərkəzlərində də çox güman dövriyyə və gəlirlər yüksələcək”.

Ekspertin fikrincə, ticarət məntəqələrinin mənfəət əldə etməsi üçün qonaqlara rahat şəraitin yaradılması olduqca önəmlidir:

“Amma burada bir önəmli nüans da var. Deyilənə görə, şəhərin bir çox hissəsi qapalı olacaq. Yəni bu turistlərin rahat formada Bakıda gəzib-gəzməyəcəyi, yolların hansısa şəkildə bağlı olub-olmayacağından asılıdır. Bu kimi addımların xidmət sektoruna mənfi təsirləri də ola bilər. Elə etmək lazımdır ki, gələn qonaqların ictimai-iaşə və ticarət mərkəzlərində rahat dolaşması üçün yaxşı bir şərait yaransın. Amma əsas gəlir təbii ki, otellərdə və qonaqlama evlərində olacaq”. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi