azia.az
azia.az

Suraxanıda “yeni era”nın başlanğıcı

17-09-2024, 14:14


Milli Məclisin sədr müavini Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması çoxları üçün gözlənilməz olduOna görə ki, indiyədək Milli Məclisin sədr müavinləri arasından səfir göndərilənlər olsa dabu postda təmsil olunan şəxslərdən hansınınsa icra başçısı vəzifəsinə təyin edilməsi müşahidə edilməmişdi. 

Odur ki, təcrübəli siyasətçi və dövlət adamı olan Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi yerli idarəçilikdə yeni bir mərhələnin başlanğıcı ola bilər. Ümumiyyətlə, yerli idarəçiliyin beləmühüm vəzifələrdə çalışmış, korrupsiya və rüşvətxorluqda adı hallanmayan məmurlar tərəfindən həyata keçirilməsi hər zaman müsbət nəticə verib. Xüsusilə, hansısa rayonun rəhbərliyinə məhz qanunverici orqandan seçilən məmurun gətirilməsi artıq yerli idarəçiliyə yeni yanaşma tələb olunduğunu ortaya qoyur. Bu, həm də onu göstərir ki, köhnə qaydalarla yeni çağırışlara uyğunlaşmaq mümkün deyil. Bunun üçün hərtərəfli islahatlar həyata keçirilməlidir.

Görünən odur ki, Prezident İlham Əliyev hər bir kadrı təyin edərkən siyasi və iqtisadi islahatlarınvəhdət təşkil etməli olduğuna ciddi önəm verir. Yəni mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan struktur islahatları yeni dövrün tələbidir. Bu tələblərin önündə isə vətəndaş məmnunluğunun artırılması dayanır. Burada isə o amil də nəzərə alınır ki, siyasətçilərin yerli idarəçiliyə cəlb olunması idarəçiliyin daha effektli həyata keçirilməsini təmin edə bilər. 

Milli Məclisə seçkilərin nəticələrinin təsdiqlənməsindən sonra yerli icra hakimiyyətləri ilə bağlı növbəti islahatlarpaketinə start veriləcəyi gözlənilir.Azərbaycanda icra hakimiyyəti strukturunun ləğv ediləcəyi, əvəzində 14 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı haqda artıq bir ildən çoxdur ki, müzakirələr gedir. Ancaq belə fikirlər də var ki, icra hakimiyyətlərinin ləğvi və yeni strukturun quruluması üçün Konstitusiya dəyişikliyinə ehtiyac var. Çox böyük ehtimalla, Konstitusiya dəyişiklikləri bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilə bilər. Yəni istənilən halda bu prosesin qarşıdakı bir ildə reallaşacağı ehtimalı böyükdür. 

Əgər icra hakimiyyəti strukturu ləğv edilsə və əvəzində 14 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəlikləri yaradılacaqsa, o zaman həm siyasəti, həm də idarəetməni bilən kadrlara etimad göstərilə bilər. Bu mənada Milli Məclisin sədr müavini Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması bu prosesin başlanğacı, ilk addım kimi dəyərləndirilə bilər. Bu, həm də Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində nə qədər bacarıqlı olacağından asılıdır. 

Əlbəttə, siyasət pillələrində Milli Məclisin sədr müavinliyinə qədər yüksəlmiş Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də uğur qazanacağını söyləmək olar. Bu iddianın əsasını isə Adil Əliyevin deputat kimi təşəbbüslərinin uğurlu olması təşkil edir. Məsələn, onun şəhid ailələri və qazilərin qayğılarının həll edilməsi ilə məşğul olan YAŞAT Fondu ilə bağlı təşəbbüsü buna nümunədir. Bundan başqa, A.Əliyev dövlətin gənclər siyasətinin müəyyən edilməsi və həyata keçirilməsində iştirak edib və zəngin təcrübəsi var. Həmin təcrübə Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində uğur qazanacağının ikinci təminatıdır. 

Struktur və kadr islahatları bütüövlükdə ölkənin gələcəyini müəyyən edəcəyi üçün A.Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində uğurlu olması həm də dövlət maraqlarına uyğundur. İnanırıq ki, onun rəhbərliyi altında Suraxanıda “yeni inkişaf erası”nın başlanğıcı qoyulacaq.

Arzuman LOĞMANOĞLU

Sozcu.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi