Şuşaya gedən azərbaycanlılar nə qədər pul xərcləyiblər?
Bu ilin ilk yarısında 2 milyon 452 min 845 nəfər Azərbaycan vətəndaşı turizm məqəsdi ilə ölkədaxili səfər edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə turizm məqəsdi ilə ölkədaxili səfər edənlərin sayı 10,7% artıb.
Turizm məqəsdi ilə səfər edənlərin 18 min 265 nəfəri və ya 0,7%-i Şuşa rayonuna gedib. Şuşaya gedənlərin 53,6%-i (9 min 790 nəfər) kişi, 46,4%-i (8 min 476 nəfər) qadın olub. vakansiya 2023
Şuşaya edilən səfərlərin 79%-i bir günlük olub. Şuşada bir həftədən çox qalan olmayıb. Edilən səfərlərin ancaq 1,2%-i (264 səfər) 4 gündən çox müddəti əhatə edib.
Turizm məqəsdi ilə Şuşaya edilən səfərlərin 91,7%-i istirahət və əyləncə üçün edilib.
Bu il yerli turistlər Şuşada ümumilkdə 8 min 798 gecə keçiriblər və turistlərin hamısı otellərdə gecələyiblər.
Şuşaya edilən səfərlərin 85,8%-i avtobuslarla, 14,2%-i isə şəxsi minik avtomobilləriylə həyata keçirilib.
Yanvar-iyun ayları ərzində yerli turistlər Şuşa səfəri zamanı ümumilkdə 1 milyon 571,2 min manat xərcləyiblər. Bu vəsaitin 179,2 min manatını tur-paketlərin alınmasına, 1 milyon 392 min manatını isə yerləşməyə xərcləyiblər.
Bu ilin ilk yarısında Şuşaya 18 min 265 nəfər Azərbaycan vətəndaşının səfər etdiyini nəzərə alsaq, o zaman Şuşa səfəri zamanı bir nəfər orta hesabla 86 manat xərcləyib.