azia.az
azia.az

Təcili Tibbi Yardım Stansiyasının sürücüsü arvadını döydü - HÖKM

16-09-2024, 23:00

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Fərəc Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

 

İttihama görə, hadisə 20 iyun 2024-cü il saat 22 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1968-ci i təvəllüdlü Fərəc Məmmədov evə sərxoş vəziyyətdə gəlib və sonra arvadı, zərərçəkmiş Lalə Məmmədova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə evdə ayaqqabıların yeri dağınıq vəziyyətdə olması olub. O, bu barədə arvadına irad bildirib. Daha sonra Fərəc zərərçəkmiş şəxsin üzərinə hücum edib, əvvəlcə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən ardıcıl zərbələr vurub, ardınca isə stulu götürüb qadının qollarından və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Lalə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib və Fərəc Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd: Fərəc Məmmədov Bakıda Təcili Tibbi Yardım Stansiyalarının birində sürücü vəzifəsində çalışır.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi