azia.az
azia.az

Deputat Səttar Möhbalıyev vəzifədən gedərkən BU QƏDƏR təqaüd istəyib - Şok tələb

8-09-2024, 09:47

VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri vəzifəsindən gedərkən ona təqaüd ayrılmasını xahiş edib.

Azia.az bloqu Pravda.az-a istinadən xəbər verir ki, S.Möhbalıyevin istədiyi təqaüdün miqdarı aylıq 3 000 AZN olub.

Onun bu təklifi qəbul edilməyib.

Xatırladaq ki, S.Möhbalıyevi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri vəzifəsində əvvəllər Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışmış Araz Paşayev əvəzləyib. Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri vəzifəsindən də istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin sabiq müavini Sahib Məmmədov seçilib. O, sədrlikdən getdikdən sonra AHİK-ə məxsus 11 avtomobil qohumlarından geri alınıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi