azia.az
azia.az

"Hydraulic Mechanisms Company" MMC -nin rəhbərinə ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA

29-08-2024, 15:27

Azərbaycanda şirkət rəhbərin ölkədən çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə müraciət edilib. 

Qaynarinfo-nun məlumatına görə, bu, "Hydraulıc Mechanısms Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Qadir Əhədli Həzran oğludur. 

Buna səbəb "Hydraulıc Mechanısms Company" MMC-nin külli miqdarda vergi borcunun yaranması olub. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkətin direktoru barəsində "Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında" Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq. 

"Hydraulic Mechanisms Company" MMC 09.01.2017-ci il tarixində fəaliyyət başlayıb. MMC müxtəlif növ xüsusi təyinatlı nəqliyyat vasitələri və hidravlik maşın-mexanizmlərin icarəsini təşkil edir. Həmçinin 16 tondan 160 tona qədər yükqaldırma imkanına malik avtokranlar sifariş əsasında yükləmə-boşaltma işlərini icra edirlər.

Əhməd


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi