Azərbaycanın sərhədində koronavirusa yoluxma halları artdı
Gürcüstanda koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.
"Laborator analizlərin nəticəsi onu deməyə əsas verir ki, Gürcüstanda yay mövsümü üçün xarakterik olmayan ən çox koronavirus hadisəsi qeydə alınıb.
Eyni zamanda qeyri-adi haldır ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində olub", - deyə o qeyd edib.
O bildirib ki, yoluxma hallarının artması əsasən son üç həftə ərzində müşahidə olunur.
Qeyd edilir ki, hazırda ölkədə yayılan bütün viruslar əsasən yüngül formalıdır.
Mehriban Mirzəzadə